MDB prezident seçkilərinə müşahidəçilərini göndərəcək
MDB Azərbaycan və Rusiyada keçiriləcək prezident seçkilərinə, eləcə də Belarusda baş tutacaq parlament seçkilərinə öz müşahidəçilərini göndərməyi planlaşdırır.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı MDB-nin Baş katibi Sergey Lebedev açıqlayıb.
Onun sözlərinə görə, hələ ki məsələ ilə bağlı müvafiq yazılı dəvət yalnız Bakıdan alınıb.
Xatırladaq ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri fevralın 7-si keçiriləcək. Rusiyada prezident seçkiləri martın 17-si, Belarusda parlament seçkiləri isə fevral ayında baş tutacaq.