"İrəvan ilin sonuna qədər sülh müqaviləsi imzalamağa hazırdır"

 13:16 13.12.2023     323

Ermənistan ilin sonuna qədər sülh müqaviləsi imzalamağa hazırdır.

Redaktor.az xəbər verir ki, bunu dekabrın 13-də Ermənistanın hakim "Vətəndaş müqaviləsi" fraksiyasının üzvü, parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Sarkis Xandanyan brifinqdə bildirib.

“Ermənistanın qaldırdığı və razılıq əldə etdiyi bütün fundamental məsələlər bir daha təsdiqlənsə və sülh sazişində öz yerini taparsa, ondan sonra sülh müqaviləsinin imzalanması artıq texniki məsələdir”, - deputat deyib.

Xandanyanın sözlərinə görə, Ermənistanın sonuncu dəfə Bakıya göndərdiyi təkliflər o formada sülh sazişində yer alarsa, müqavilənin ilin sonunda imzalanacağı istisna edilmir.

"Ancaq vəziyyətin praktikada necə olacağını gözləmək lazımdır", - deputatı vurğulayıb.