Sankt-Peterburqda Putin-Əliyev-Paşinyan görüşü ola bilər? - AÇIQLAMA
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburqda keçiriləcək MDB-nin qeyri-rəsmi sammitində Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün perspektivlərini şərh etməkdən yayınıb.
Redaktor.az xəbər verir ki, nazir müavini jurnalistlərin sualına cavabında belə deyib:
“Diplomat kimi mən proqnoz verməkdən çəkinməyə üstünlük verərdim”.
Qaluzin bildirib ki, Rusiya tərəfinin Ermənistan və Azərbaycana liderlərin 2020 və 2022-ci ildə formalaşdırdıqları prinsiplər əsasında sülh danışıqları üzrə dialoqu davam etdirmək çağırışı qüvvədə qalır.
Daha əvvəl MDB-nin baş katibi Sergey Lebedev dekabrın 26-da Sankt-Peterburqda quruma üzv ölkələrin liderlərinin qeyri-rəsmi görüşünün keçiriləcəyini bildirib. Onun sözlərinə görə, son vaxtlar Rusiyanın iştirakı ilə keçirilən tədbirləri boykot edən Ermənistan Baş naziri Nikol Paşinyanın da Sankt-Peterburqa gələcəyi gözlənilir.