"ABŞ-ın Ermənistan-Azərbaycan prosesindəki səylərini yüksək qiymətləndiririk"
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, o, ABŞ-ın İrəvanla Bakı arasında münasibətlərin normallaşması istiqamətində səylərini yüksək qiymətləndirir.
Redaktor.az "sputnik armania"ya istinadən xəbər verir ki, o, bu barədə bu gün ABŞ səfiri Kristina Quinn ilə görüşdə bildirib.
O, həmçinin erməni-amerikan gündəliyinin dinamik inkişafından danışıb.
Bundan əvvəl xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan bildirmişdi ki, gələn ilin yanvarında Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirilməsi planlaşdırılır.
NƏRGİZ