Seçki məntəqələri ilə bağlı qərar verildi

 15:24 16.12.2023     296

07 fevral 2024- ildə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı cari ilin 15 dekabr tarixində Xüsusi Rabitə İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) etibarlı dayanıqlı texniki vasitələr ilə təmin edilməsi üzrə yaradılmış işçi qrupunun ilk iclası keçirilmişdir. XRİTDX, Rəqəmsal İnkişaf Nəqliyyat Nazirliyi, Mərkəzi Seçki Komissiyası, “Delta TelecomLTD, “UltelMMC R.İ.S.K. şirkətinin nümayəndələrindən ibarət olan işçi qrupunun ilk iclası keçirib.

Dövlət Xidmətindən Redaktor.az-a verilən xəbərə görə, müzakirələrdə Mərkəzi Seçki Kommisiyası tərəfindən müəyyən ediləcək siyahılara əsasən seçki məntəqələrinin etibarlı, dayanıqlı videokonfrans və rabitə avadanlıqları ilə təmin olunması məsələlərinə baxılıb.

İclasda seçkilər ilə əlaqədar müvafiq tədbirlərin görülməsi və mütəmadi müzakirələrin keçirilməsi qərara alınıb.