Qüdrət Həsənquliyev də namizəd oldu
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədliyi irəli sürülüb.
Redaktor.az xəbər verir ki, bu barədə partiyanın bu gün keçirilən iclasında qərar qəbul olunub.
Bununla da Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 7-yə çatıb.