"Azərbaycan xalqı 1993-cü ildə o yoldan imtina edib"

 11:15 19.12.2023     188

Müstəqil bir deputatam, fikirlərimdə həmişə müstəqil olmuşam.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Qasımlı deyib.

“YAP-ın qərarı ən doğru qərardır. Çünki cənab Prezident millətimizin arzusunu gerçəkləşdirən, üstümüzdəki ləkəni silən siyasi xadimdir. Seçki hər cəmiyyətdə barometri üzə çıxarır. Siyasi partiya hakimiyyətə gəlmək üçün seçkilərdən keçməlidir. Seçkidə iştirak etməyənlər hansı yolla hakimiyyətə gəlmək istəyirlər? Azərbaycan xalqı 1993-cü ildə o yoldan imtina edib. Azərbaycanın gələcəyi İlham Əliyevdən asılıdır”,- deyə o bildirib.

Humay İSGƏNDƏRLİ