“Ən böyük demokratiya bir millətin haqqının qorunmasıdır”
“Ən böyük demokratiya bir millətin haqqının qorunmasıdır”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib.
“İşğaldan azad edilmiş bölgələrdə 27 seçki məntəqəsi yaradılacaq. Tarixi zəfərimiz yeni prinsiplər yaradıb. Milli demokratiyamızın milli ənənələri var. Müxalifət partiyaları məsuliyyəti dərk edərək yeni keyfiyyət mərhələsinə qədəm qoymalıdır. Seçkidə iştirak edib-etməmək öz seçimidir. Amma yeni ənənələr yaratmaq üçün seçkilərdə iştirak etməlidirlər”,- deyə deputat vurğulayıb.
Humay İSGƏNDƏRLİ