"Erməni təbliğatçıları oxumağı bilməyən “avroşamanlar” qrupudur" - Erməni politoloq

 12:21 19.12.2023     229

"Bakı Qərb üçün önəmlidir, mənəvi qınaqlardan başqa Qərb Azərbaycan tərəfinə heç bir real təzyiq göstərmir".

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bunu Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan deyib.

“Bütün ciddi ekspertlər yekdilliklə əmin edirlər ki, Birləşmiş Ştatlar öz maraqlarını müstəsna olaraq Azərbaycanda görür. Bir neçə gün əvvəl “Foreign Policy in Focus” jurnalında birbaşa olaraq Azərbaycan nefti və qazının ABŞ üçün Ermənistandan daha vacib olduğu, ABŞ-ın məqsədinin regionu Rusiya və İranın təsirindən çıxarmaq olduğu barədə məqalə dərc edilib. 

Onun sözlərinə görə, Fransa mediası da Qərbin Ermənistana real dəstək vermək perspektivinin olmamasından yazır:

“Əgər Ermənistandakı təbliğat qrupu bunu oxuya bilmirsə, biz kömək edə bilərik. Onlar özlərini qərbyönlü adlandırırlar, lakin Qərbdə nə baş verdiyindən xəbərləri yoxdur. Erməni təbliğatçıları oxumağı bilməyən “avroşamanlar” qrupudur”, - Xaçikyan bildirib.

NƏRGİZ