Azərbaycan XİN Çinə başsağlığı verdi

 15:07 19.12.2023     225

Azərbaycan Xarici İşlər Nazirliyi Çində baş verən güclü zəlzələ ilə bağlı başsağlığı verib. 

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan XİN öz “X” hesabında paylaşım edib.

“Çində çox sayda insanın ölümünə və yaralanmasına səbəb olan dağıdıcı zəlzələnin baş verməsi xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirik”, - deyə paylaşımda qeyd olunub. 

Xatırladaq ki, Çinin Qansu və Qinghai əyalətlərində baş verən 6,2 ballıq zəlzələ zamanı 126 nəfər həlak olub.