YAP-ın seçkilərdə səlahiyyətli nümayəndələri qeydə alındı

 17:01 19.12.2023     375

Yeni Azərbaycan Partiyasının 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qərar qəbul edilib.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP Sədrinin müavini-Baş nazirinin müavini Əli Əhmədov səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.

Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi qeydə alınıb.

Xatırladaq ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.