"“3+3”  formatında əməkdaşlıq dərinləşməlidir" - Politoloq

 17:00 21.12.2023     246

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti İbrahim Rəisi ilə telefonla “3+3” platforması ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, “3+3” formatı Rusiya, İran, Azərbaycan, Ermənistan, Türkiyə və Gürcüstanın iştirakını nəzərdə tutur.

Regional görüşlər hansı prespektivləri vəd edir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Samir Hümbətov dedi ki, istənilən bir regionda dövlətlər arasında regional görüş hər formada əhəmiyyətlidir:

"Yəni bu gün birlikdə regionla bağlı qeyri-region dövlətlərinin də maraqları böyükdür. Bu və ya digər formada çalışırlar ki, regiona daxil olsunlar. Elə Azərbaycanla Ermənistan arasında sülhün qarşısının alınmasında da qeyri-region dövlətləri daha çox maraqlıdır. Amma region dövlətlərinin də bəziləri var ki, onlar da tam şəkildə sülhü istəmirlər. Əslində “3+3”  formatı mahiyyət etibarilə əməkdaşlığı özündə ehtiva edir və onun perspektivi çoxdur. Yəqin Türkiyədə də keçiriləcək, daha sonra Azərbaycanda da keçiriləcək. İstənilən formada bu əməkdaşlıq dərinləşməlidir. Bu əməkdaşlıq dərinləşirsə, İranla da əməkdaşlıq etməliyik. Hər nə qədər desək ki, əməkdaşlıq mümkün deyil, bu, qonşu dövlətdir. Məncə, bu danışıqlarda müzakirə olunan məsələlər də hər halda ümumi platforma üçün faydalıdır".

Humay İSGƏNDƏRLİ