“Seçki məntəqələrinin üzvləri orada məskunlaşan şəxslər olacaq”

 17:30 21.12.2023     240

“İşğaldan azad edilmiş ərazilərdə yaradılmış 26 seçki məntəqəsindən 22-24-ü ölkənin digər yerlərindəki seçki məntəqələrinə ən yaxşı nümunə ola bilər”. 

Redaktor.az xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

Sədr vurğulayıb ki, hazırda bu məntəqələrdə son tamamlama işləri aparılır: “Seçki məntəqələrinin üzvləri əsasən orada məskunlaşan şəxslərdən ibarət olacaq”.