Prezidentliyə namizəd olmaq üçün müraciətlərin sayı 15-ə çatıb - MSK sədri

Prezidentliyə namizəd olmaq üçün müraciətlərin sayı 15-ə çatıb.
Redaktor.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bugünkü iclasda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 7 namizədin müraciəti artıq təsdiqlənib, 8-nin müraciətinin təsdiqi üçün işlər görülür.
Xatırladaq ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.