"Bakıdan sülh müqaviləsi ilə bağlı daha bir təklif paketi aldıq" - İrəvan

 15:09 25.12.2023     243

İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı daha bir təklif paketi alıb.

Redaktor.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyi bildirib.

Qeyd edək ki, bunu daha öncə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov açıqlayıb. Nazir bildirib ki, rəsmi Bakı cari ilin noyabr ayının sonunda İrəvandan sülh müqaviləsi üzrə növbəti təkliflər paketini alıb:

“Bir ay ərzində tərəfimizdən işlənmiş təkliflər paketi Ermənistana təqdim olunub. Proses davam edir. Düşünürəm ki, 2024-cü ildə görüşlər keçiriləcək. Biz bu məsələyə real və nikbin baxırıq. Eyni zamanda biz sülh müqaviləsi barədə danışarkən başa düşməliyik ki, bu, hər şeyin 100 faiz həlli demək deyil. Bu, ölkələr arasında münasibətlərin inkişaf etdirilməsinin əsasını qoya bilər".