"İran Ermənistanla Azərbaycan arasında ölkəmizə üstünlük verdi" - Politoloq
"İrandakı səfirliyimizin açılmasına zəmin yaranıb deyə bilərik. Çünki Azərbaycan Xarici işlər Nazirliyi ilə İran XİN arasında artıq danışıqlar olub. Dünən Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə İranın Baş prokuroru arasında videokonfrans keçirilib. Bu video konfrans da məhz yanvarın 27-də törədilmiş cinayətin xırdalıqları və onun istintaqının nəticələri müzakirə olunub".
Bu sözləri Redaktor.az-a açıqlmasında siyasi şərhçi Cümşüd Nuriyev İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənaninin Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı çıxışını şərh edərkən deyib.
Onun sözlərinə görə, razılığa gəlinib ki, Azərbaycan tərəfi tam zəmanət alsa, orada səfirlik açılacaq:
"Həm bizim İrandakı səfirimiz Əli Əlizadə həmin videokonfransda iştirak edib. Eyni zamanda, İranın Bakıdakı səfiri Musəvi də həmin konfransda iştirak edib. Yəni görünən odur ki, Azərbaycan-İran münasibətləri istiləşməyə, yaxşılaşmağa gedir. Bir müddət gərginlik oldu. Amma İran da gördü ki, Ermənistanın davranışları adekvat deyil. Ona görə də deyə bilərik ki, İran Ermənistanla Azərbaycan arasında Azərbaycana üstünlük verdi".
Həmidə İBRAHİMLİ