İlham Əliyev Sankt-Peterburq şəhərində işgüzar səfərdədir - FOTO
![](https://img.redaktor.az/news/2023/12/photo_226750.jpg?v=MDU6MDQyMDIzLTEyLTI2IDIzOjU0OjI3)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib.
Redaktor.az xəbər verir ki, Sankt-Peterburq şəhərinin “Pulkovo-1” hava limanında dövlətimizin başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər qarşıladılar.