İranın xarici işlər naziri İrəvana yola düşdü
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistan rəsmiləri ilə ikitərəfli danışıqlar aparmaq üçün bu gün səhər Tehrandan İrəvana uçub.
Redaktor.az bu barədə “Mehr”ə istinadən xəbər verir.
İranlı diplomat Tehran və İrəvan arasında siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində ikitərəfli əlaqələrin genişləndirilməsi yollarını müzakirə etmək niyyətindədir.
Qeyd edək ki, ötən gecə Abdullahian azərbaycanlı və rusiyalı həmkarları ilə ayrı-ayrılıqda telefon danışıqları aparıb, Qafqazda baş verənləri müzakirə edib, region ölkələrinin imkanlarından istifadə etməklə İrəvanla Bakı arasında sülhün bərqərar olmasını müzakirə edib.
NƏRGİZ