"Vasitəçisiz dialoq bütün hallarda müsbət haldır" - Politoloq

 16:16 27.12.2023     591

Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla ayaqüstü söhbəti olub.

Söhbət əsnasında Azərbaycan-Ermənistan sülh gündəliyi müzakirə edilib.

Ayaqüstü görüşü Redaktor.az-a şərh edən politoloq Elçin Mirzəbəyli bildirdi ki, prinsip etibarı ilə bunun hər hansı bir rəsmi görüşü olduğunu söyləyə bilmərik.

Onun sözlərinə görə, müzakirə olunan məsələlərin detalları haqqında hər hansı bir formada məlumat yoxdur:

"Bu aspektəndə prinsip etibarı ilə şərh çox çətindir. Nəyi şərh edəcəyik? Detalı olmayan bir məsələni necə şərh etmək olar? Bu, təmas hesab oluna bilərmi? Görüş hesab oluna bilərmi? Yəni ayaqüstü bir görüş nəticə etibarilə hansı məsələlərin müzakirəsinə yol aça bilər. Bu baxımdan da fikir söyləmək çox çətindir. Prinsip etibarilə istənilən təmas müsbət qarşılanmalıdır və indiki şəraitdə sadəcə Ermənistanın son davranışları konkret fikir söyləmək üçün hər hansı bir formada əsas vermir. Amma bütün hallarda proseslər də sübuta yetirdi ki, birbaşa təmaslar nəticəyönlü hadisələrə yol aça bilir. Yəni necə ki, bundan öncə Ermənistanla Azərbaycan saxlanılan şəxslərin dəyişdirilməsi ilə bağlı birbaşa razılığa gəlmişdilər, qərar qəbul etmişdilər. Bu da ikitərəfli vasitəçilər olmadan həyata keçirilən bir proses idi. Qənaətimə görə, vasitəçisiz dialoq bütün hallarda müsbət haldır və təbii ki, bundan sonrakı proseslərə də təsir göstərə bilər".

Həmidə İBRAHİMLİ