"Burada əsas məsuliyyəti Ermənistan daşıyır" - Deputat liderlərin görüşündən DANIŞDI

 13:10 27.12.2023     263

"Bütün hallarda bu, bir daha onu göstərir ki, Ermənistan-Azərbaycan münasibətləri normallaşmağa doğru gedir".

Bu sözləri Redaktor.az-a açıqlmasında Milli Məclisin deputatı Ceyhun Məmmədov dünən Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla ayaqüstü söhbətini şərh edərkən deyib.

Onun sözlərinə görə, əvvəlki görüşlərdə daha çox tərəflərin bir-birini ittiham etdiyini, bir-birinə qarşı müxtəlif fikirləri səsləndidiyinin şahidi olunurdu:

"İndi isə artıq xüsusilə Ermənistan tərəfindən fərqli bir yanaşma var. Yəni videoya baxanda da görünür ki, Ermənistan başqa yolun olmadığını anlayır və münasibətlərin normallaşması üçün addımlar atmağa çalışırlar. Düşünürəm ki, növbəti mərhələdə münasibətlərin daha da yaxşılaşdığının şahidi olacağıq. Azərbaycan bu prosesə hazırdır. Burada əsas məsuliyyəti Ermənistan daşıyır və Ermənistan da çalışmalıdır ki, bu prosesə tam hazır olsun. Hesab edirəm ki, artıq biz sülhə doğru yaxınlaşırıq. Yaxın vaxtlarda müəyyən nəticələrin olduğunu da görəcəyik".

Həmidə İBRAHİMLİ