"Bu təbii ki, Azərbaycan üçün böyük şöhrət, Fransa üçün böyük biabırçılıqdı"
Xəbər verdiyimiz kimi, Azərbaycanın Parisdəki səfirliyinin iki əməkdaşı Bakının fransalı diplomatlara qarşı oxşar hərəkətinə cavab olaraq “persona-non-grata” (arzuolunmaz şəxs) elan edilib.
Bildirək ki, Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.
Fransa XİN yaydığı məlumatda cavab tədbiri olaraq Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşını “persona-non-grata” (arzuolunmaz şəxs) elan edildiyini qeyd edib.
Bəs, bu addım Azərbaycanla Fransa arasında gərginliyin daha da kəskinləşməsinə və ölkə səfirinin Fransadan geri çağırılmasına gətirib çıxara bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan siyasi şərhçi Cümşüd Nuriyev dedi ki, Fransanı böyük bir casus şəbəkəsi deşifrə edildi. Bu cəsus şəbəkəsi təkcə Azərbaycanda yox, Orta Asiyada, Şərqi Avropa ölkələrində də bu işlə məşğul olub:
"Fransa qocaman bir qitənin qocaman bir ölkəsidir. Azərbaycan cəmi 32 ildir müstəqildir və 32 il müstəqil olan bir ölkə Fransanın uzun müddət təcrübəsi olan kəşfiyyat şəbəkəsini deşifrə edir. Bu təbii ki, Azərbaycan üçün böyük bir şöhrət, Fransa üçün böyük biabırçılıqdı. Azərbaycan konkret olaraq səfirliyin hansı işçilərinin “persona-non-grata” elan olunması ilə bağlı konkret faktlar ortaya qoydu. Bu, adətən dünyada qəbul olunmuş bir şeydir ki, neçə nəfəri bir ölkədə arzuolunmaz şəxs hesab edirsə, başqa dövlət də bu addımı atır. Fransada belə bir addım atıb. Yəqin ki, səfirliyin yüksək çinli işçiləri olmayacaq, adi işçiləri olacaq. Çünki əgər səfirliyin katiblərindən olsaydı, ya konsul olsaydı Fransa mətbuatı çoxdan bunu dilə gətirmişdi. Onlar da belə bir şey tapmırlar. Adətən daha çox aşağı attaşelər səviyyəsində bu addımı atırlar. Amma onu da bilin ki, atteşələr onsuz da səfirliyin "gəzən ayağıdır".
Azərbaycanın Fransada elə bir marağı yoxdur ki, orda cəsus şəbəkəsi yaratsın. Bu o qədər də ağılabatan bir şey deyil. Onsuz da Fransada cəsus şəbəkəsi yaratmağa ehtiyac yoxdur. Makron gələndən sonra Fransa çox pis vəziyyətə düşüb, idarəolunmaz bir vəziyyətdədir. Qaldı ki, buna görə Azərbaycan niyə səfirini geri çağırmalıdır ki? Bizim ordakı səfir çox bacarıqlı bir xanımdır. Leyla Abdullayeva burada da çox fəallıq göstərirdi, ona görə onun geri çağırılması məsələsi gündəlikdə yoxdu. Hamı bilir ki, cavab tədbiri əsas birinci addımdır. Birinci addımı Azərbaycan atıb və sənədləri ortaya qoyub. Bu diplomatik demarşdır. Azərbaycan birinci addım atıb, Fransanın bundan sonra atdığı addımların heç bir əhəmiyyəti yoxdur. Azərbaycan bu siyasi döyüşdən qələbə ilə çıxdı".
Humay İSGƏNDƏRLİ