"İranla gərginliyi yumşaltmaq mümkün olub"

 15:30 28.12.2023     264

Bu il Azərbaycanın İrandakı səfirliyinə hücum Bakı-Tehran münasibətlərində gərginlik yaratmışdı.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, sonradan təmaslar nəticəsində bu gərginliyi yumşaltmaq mümkün olub.

Nazirin sözlərinə görə, bu il Azərbaycanın bir sıra Avropa dövlətləri ilə əlaqələri xüsusi dinamikaya malik olub.

Vumart və Güvən reklamı Vumart Güvən