“Ermənistan davamlı olaraq danışıqları imitasiya edir”

 15:52 28.12.2023     183

“Bu il ərzində Azərbaycan və Ermənistan liderləri Blinkenin təşkilatçılığı ilə Münhendə ümumilikdə 4 görüş keçirib”.

Redaktor.az xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

“Bununla belə, dekabrın 26-sı liderlər arasında qeyri-rəsmi görüş baş tutub. Xarici işlər nazirləri arasında il ərzində 4 görüş keçirilib. Azərbaycanın təşəbbüsü ilə Tehranda qeyri-rəsmi görüş baş tutub. Bu il iki ölkə arasında delimitasiya komissiyalarının sərhəddə 2 görüşü baş tutub. Hər iki ölkə tərəfindən reqlament təsdiq edilib. Lakin Ermənistan davamalı olaraq danışıqları imitasiya edərək əhəmiyyətli irəliləyişə imkan vermir”, - deyə nazir vurğulayıb.