Ceyhun Bayramov Mirzoyanla sərhəddə görüşə bilər
Prinsip etibarilə hər hansı həssaslıq yaratmamaq şərti ilə Azərbaycan-Ermənistan XİN nümayəndələri olaraq sərhədində görüşə bilərik.
Modern.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib.
Nazir bildirib ki, görüşlə bağlı təklif irəli sürülüb.
XİN başçısı xatırladıb ki, iki ölkənin delimitasiya komissiyaları artıq iki dəfə sərhəddə görüşüb.