“Azərbaycan sülh müqaviləsi üçün ciddi maneə görmür” - VİDEO

 09:31 30.12.2023     228

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TRT World telekanalına müsahibə verib. H. Hacıyev müsahibə zamanı Azərbaycanla Ermənistan arasındakı münasibətlərdən söz edib.

Redaktor.az xəbər verir ki, o, Azərbaycanın Ermənistanla sülh müqaviləsi üçün ciddi maneə görmədiyini bildirib.

H.Hacıyevin sözlərinə görə, hazırda Azərbaycan və Ermənistan arasında diplomatik səviyyədə danışıqlar aparılır:

"Biz iki ölkə arasında sülh müqaviləsinin bağlanması üçün ciddi maneə görmürük. Konkret tarixlər barədə danışmaq bir az çətindir, çünki prosesi başa çatdırmaq üçün Azərbaycan və Ermənistan arasında hələ də əlavə danışıqlara ehtiyac var".