"Delimitasiya ilə bağlı məsələni sonraya saxlamaq olar"
“Ulu Öndərin adı ilə bağlı olan il sona çatır”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.
Onun sözlərinə görə, bu il Azərbaycan üçün çox uğurlu ildir:
“Biz öz suverenliyimizi bərpa etdik. Ermənistanla sülh müqaviləsi bu il bağlanmadı, amma 2024-ə nikbin baxırıq ki, sülh müqaviləsi bağlanacaq. Bu il 5 dəfə siyasi rəhbərlərin görüşü keçirildi. Yeni yanaşma ondan ibarətdir ki, delimitasiya ilə bağlı məsələni sonraya saxlamaq olar”.
Humay İSGƏNDƏRLİ