"Maşın yuyan, təhsili olmayan adamları Azərbaycana qarşı danışdırırlar"

 11:57 30.12.2023     324

“Bu gün ən böyük terror mənəvi terrordur”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

“AŞP- da, Avropa parlamentində Azərbaycana qarşı mənəvi terror edirlər. Azərbaycanda maşın yuyan, təhsili olmayan adamları Azərbaycana qarşı danışdırırlar. Söyüş söyürlər, insanların ailəsini təhqir edirlər, Milli Məclisdə oturan bütün deputatları təhqir ediblər. Deputatlar heç kimin daxili işlərinə qarışmır. Biz də tələb edrik ki, siz də bizim daxili işimizə qarışmayın”,- deyə deputat əlavə edib.

Humay İSGƏNDƏRLİ