Prezident seçkilərində daha bir NAMİZƏD
Mərkəzi Seçki Komissiyası (MSK) daha bir nəfərin namizədliyinin irəli sürülməsini təsdiq edib.
Redaktor.az xəbər verir ki, bu barədə qərar komissiyanın bu gün keçirilən iclasında qəbul edilib.
İclasda namizədliyi özü tərəfindən irəli sürülən namizəd Heydər oğlu Səfərovun namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ müzakirəyə çıxarılıb və qərar qəbul edilib.
Bununla da prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 16-ya çatıb.