Rusiyadakı azərbaycanlıları nə gözləyir? - Ora iş dalınca gedənlərə PİS XƏBƏR

 10:46 08.01.2024     218

Rusiya mediasında “Azərbaycanlılardan ibarət mafiya yerli sakinlərə hücum etdi”, “Özbək miqrant metroda polisi döydü” kimi yazılara tez-tez rast gəlinir. Sankt-Peterburqda polisin azərbaycanlıların toyuna, Voronejdə ad günü məclisinə basqın etməsi də yadımızdadır.

Rusiyada elə təəssürat yaradılıb ki, sanki bütün cinayətləri miqrantlar törədir. İndiki şəraitdə miqrantlara qarşı bu cür rəftar təəccüb doğurur. Məlumdur ki, on illərdir azərbaycanlılar Rusiyaya iş dalınca axışır.

Redaktor.az xəbər verir ki, miqrantlarla bağlı qanunun sərtləşdirilməsi azərbaycanlıların da işini çətinləşdirəcək.

Ətraflı İTV-nin süjetində: