Paşinyan diplomatlarla sülh prosesini müzakirə etdi

 11:16 09.01.2024     186

Ermənistanın baş naziri Nikol Paşinyan Xarici İşlər Nazirliyinə (XİN) gedib.

Redaktor.az “Aysor”a istinadən xəbər verir ki, o, nazir Ararat Mirzoyanın rəhbərlik etdiyi heyətlə görüşüb.

N.Paşinyan XİN əməkdaşları ilə Cənubi Qafqazda sabitliyin və sülhün təmin edilməsinə yönəlmiş səyləri, həmçinin Azərbaycanla normallaşma əlaqələrini müzakirə edib.

Onlar, həmçinin mövcud durumu qiymətləndiriblər.

2023-cü ildə ölkənin xarici siyasət kursunda görülən işlər barədə hökumət başçısına məlumat verilib. Tərəfdaş dövlətlərlə ikitərəfli səviyyədə əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan addımlar və mövcud nəticələr baş nazirə təqdim olunub.