Veteranlar Prezident seçkilərini müşahidə edəcək

 17:25 09.01.2024     279

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 7 fevral - növbədənkənar Prezident seçkiləri günü respublika üzrə seçkiləri müşahidə edəcək.  

Redaktor.az xəbər verir ki, bunu təşkilatın sədr müavini Cəlil Xəlilov açıqlayıb.

O, qeyd edib ki, təşkilat üzvlərinin siyahıları bu günlərdə Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunacaq:

“Təşkilatımız və onun çoxminlik üzvləri hər zaman respublikamızın həyatında fəal iştirak edib. Biz bu prosesdən də kənarda qalmırıq. İnanıram ki, veteranlarımız bu məsuliyyətli işin də öhdəsindən müvəffəqiyyətlə gələcək, azad, demokratik seçki prosesinə layiqli töhfə verəcəklər”.

Həmidə İBRAHİMLİ