Məzahir Pənahov seçkini izləyəcək müşahidəçilərin sayını AÇIQLADI

 17:51 09.01.2024     208

Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləmək üçün 8 beynəlxalq təşkilat və 21 ölkəni təmsil edən 78 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Redaktor.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda bildirib.

O, eyni zamanda bu günə qədər növbədənkənar prezident seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən yerli müşahidəçilərin sayını da açıqlayıb.

Sədr qeyd edib ki, MSK-da 242, dairə seçki komissiyalarında 14 min 281 yerli müşahidəçi qeydiyyatdan keçib.