Almaniya Ermənistana anti-Rusiya addımları üçün maliyyə yardımı təklif edib?
Almaniya Rusiya sərhədçilərinin Ermənistandan tez çıxarılması və bir sıra digər anti-Rusiya addımları müqabilində İrəvana maliyyə yardımı təklif edib.
Redaktor.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.
Agentliyin qeyd etdiyi kimi, Almaniya Ermənistanı Qərbin anti-Rusiya siyasətinə sürükləməyə və mümkün qədər İrəvanla Moskva arasında nifaq salmağa çalışır: “Almanlar rus sərhədçilərinin Ermənistan ərazisindən tez çıxarılmasında və ölkə hakimiyyətinin öz dövlət aparatını Rusiyaya dostluq edən şəxslərdən təmizləməsində maraqlıdır”, - məlumatlı mənbə deyir.
Bunun müqabilində Berlinin erməni tərəfinə lazımi maliyyə yardımı göstərəcəyi dəqiqləşdirilir. Bundan başqa, almanlar Qarabağ ermənilərini Aİ ölkələrinə kütləvi mühacirətdən saxlamağa çalışan Nikol Paşinyan hökumətinə dəstək verəcəklərinə söz verirlər.
NƏRGİZ