"Aİ-nin Azərbaycanla sərhəddəki missiyası İrəvan üçün vacibdir " - Mirzoyan
Avropa İttifaqının (Aİ) Ermənistan-Azərbaycan sərhədində fəaliyyət göstərən monitorinq missiyası İrəvan üçün həyati əhəmiyyət kəsb edir.
Redaktor.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yunanıstanın xarici işlər naziri Yorqos Qerapetritislə birgə mətbuat konfransında bildirib.
"Avropa İttifaqının mülki missiyası bizim üçün çox vacibdir. Biz Aİ-nin bu missiyanı genişləndirmək qərarını alqışladıq".
Xatırladaq ki, 2023-cü ilin fevralında Avropa İttifaqı Ermənistanda iki il müddətinə mülki missiyanın fəaliyyətə başladığını elan edib. 2023-cü il dekabrın 11-də Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Aİ xarici işlər nazirləri Ermənistandakı Aİ müşahidəçilərinin sayını 138-dən 209-a çatdırmaq qərarına gəliblər.
NƏRGİZ