Köçəryanın oğlu da qandallanıb Bakıya gətirilə bilər

 12:33 11.01.2024     238

Ermənistan parlamentinin deputatı, keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan Azərbaycan və Türkiyəni təhqir edib.

Redaktor.az xəbər verir ki, Levon Köçəryan Ermənistanın Azərbaycanla sülh danışıqlarının əleyhinə çıxıb.

“Əgər siz Azərbaycan və Türkiyənin Ermənistanla sülh yaratmaq istədiyini düşünürsünüzsə, yanılırsınız. Əgər Azərbaycan prezidentinin müsahibəsindən sonra hələ də belə düşünürsünüzsə, deməli reallıqdan uzaqlaşmısınız. Nə vaxt başa düşəcəyik ki, başın heyvanın ağzında olanda onunla danışıq aparmaq olmaz?”, - o deyib.

Levon Köçəryanın bu açıqlaması Nikol Paşinyan hakimiyyətini ittiham etməyə hesablanıb. Hərçənd, o, atası Robert Köçəryan kimi Azərbaycan və Türkiyəni də aşağılamaqdan çəkinmir. Xocalı qatili olan Robert Köçəryanın müharibə cinayətkarı kimi həbs edilərək, Bakıya gətirilməsi məsələsi daim aktualdır. Vaxtilə əlçatmaz görünən bu hədəf Qarabağda separatçıların qandallanaraq, Bakıya gətirilməsindən sonra heç olmadığı qədər realdır. O da realdır ki, Bakı və Ankaranın “qara siyahısına” düşən Levon Köçəryan da atasının taleyi ilə üzləşə bilər.