Hər seçki məntəqəsində 3 müşahidəçi olacaq
“Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləmək üçün 17 min 500-dən artıq müşahidəçi akkreditasiyadan keçib”.
Redaktor.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 6300 ətrafında olacaq seçki məntəqəsində hərəsinə 3 müşahidəçi olacaq: “Müşahidəçi nə qədər çox olsa yaxşıdır”.