İlham Əliyevin müsahibəsi erməni cəmiyyətində ciddi müzakirə olunur

 12:04 12.01.2024     238

“Bu il Azərbaycan - Ermənistan münasibətlərində dönüş ili ola bilər. Ölkə başçısı İlham Əliyev öz müsahibəsində bu tənzimləmələrin detallarını açıqladı”.

Redaktor.az xəbər verir ki, bu fikirləri Real TV-nin efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Millət vəkili qeyd edib ki, İlham Əliyev ermənilərə çıxış yollarını göstərib.

“İlham Əliyev Ermənistan rəhbərliyinə nələrə riayət etməli olduqlarını başa salıb. Azərbaycan prezidentinin müsahibəsi erməni cəmiyyətində ciddi müzakirə olunur. Erməni cəmiyyəti artıq anlayır ki, onların xilas yolu, nə Rusiya, nə də Qərbdir”, - deyə Cavanşir Feyziyev bildirib.

Daha ətraflı videomatrialda: