Ermənistan Azərbaycanla Naxçıvan arasında quru əlaqəsini təmin etməyə hazırdır - Paşinyan

 21:11 13.01.2024     271

Ermənistan da İran kimi eyni şərtlərlə Azərbaycanla Naxçıvan arasında quru kommunikasiyalarını təmin etməyə hazırdır.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Ermənistan da İran kimi eyni şərtlərlə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin etməyə hazırdır", - deyə o qeyd edib.