Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı ilə bağlı MSK-da püşkatma keçiriləcək
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərində ödənişsiz efir vaxtının bölgüsü məqsədilə yanvarın 15-də püşkatma keçiriləcək.
Bu barədə Redaktor.az-a Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.
MSK-nın inzibati binasında keçiriləcək püşkatmanın məqsədi seçkiqabağı təviqat aparmaq üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar arasında bərabər şərtlərlə və bərabər həcmdə bölgüsüdür.