"Qonşularla münasibətlərin pisləşməsi yolverilməzdir, çünki..." - Ohanyan

 16:56 15.01.2024     248

“Mövcud dünya gündəmi saxtadır. İndiki hakimiyyət, təəssüf ki, əsl sülh gündəminin nə demək olduğunu anlamır. İndiki proses Ermənistan üçün aldatmadır”.

Redaktor.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, “Ermənistan” müxalifət blokunun fraksiyasının rəhbəri Seyran Ohanyan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müharibədə məğlub olan hakimiyyət həmişə təzyiqlərə məruz qalacaq, onun təbliğ etdiyi gündəm birtərəflidir.

O qeyd edib ki, hazırkı hakim elitanın vəziyyəti düzgün qiymətləndirə biləcək peşəkar işləyən strukturları yoxdur ki, ölkənin səriştəli və vaxtında cavab vermək və təhlükəni neytrallaşdırmaq imkanı olsun. Ona görə də hökumətin bütün addımları ya səhvdir, ya da gecikdirilir. 

"Bizim vəziyyətimizdə, xüsusən də strateji tərəfdaşlar və qonşularla münasibətlərin pisləşməsi yolverilməzdir, çünki bunun alternativi regionumuzda qeyri-müəyyənlik olacaq. Beynəlxalq təminatlar formalaşdırılmalıdır”.

NƏRGİZ