Ayxan Hacızadə Ermənistan XİN-ə cavab verdi

 22:25 15.01.2024     236

“Açıq ikiüzlülük: Ermənistan Yanvar faciəsi ilə bağlı faktları təhrif edir”.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə X hesabında Ermənistan XİN-in iddialarına cavab verərkən deyib.

“Azərbaycanı deportasiya və etnik təmizləmədə ittiham etmək absurd olmaqla yanaşı, həm də Ermənistanın azərbaycanlılara qarşı sistemli etnik təmizləmə siyasətini ört-basdır etmək cəhdidir” – diplomat bildirib.