Polkovnik anklav kəndlərdən danışdı: "Ermənilər yavaş-yavaş oradan köçürlər"

 16:49 16.01.2024     374

Məlum olduğu kimi, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların növbəti iclası yanvarın sonu keçiriləcək. 

Eyni zamanda erməni mediasında yayılan məlumatlara görə, ermənilər Qazaxın işğalda olan 7 kəndini tərk edir.

Məsələ ilə bağlı Redaktor.az-a danışan ehtiyatda olan polkovnik Elşad İsayev bildirdi ki, anklavlarla bağlı müzakirələr gedir.

"Mətbuatda mən də baxıram, müəyyən ekspertlər rəy verirlər. Ermənistan mətbuatında da, bizim mətbuatda da müəyyən məlumatlar dərc olunur. Ancaq mənə elə gəlir elə kəndlər var ki, yəni onun müzakirəyə ehtiyacı yoxdur. Yəni orada təxminən bizim dörd kəndimiz var, o kəndlərin müzakirəyə ehtiyacı yoxdur. Bunlar anklav deyil. Bunlar birbaşa kəndlərdir və burada indi nə vaxtsa ermənilər yaşayıb. Təbii ki, buradan köçəcəklər və həmin kəndlər bizə qaytarılmalıdır. Qaldı ki, o anklav kəndlər təbii ki, bu, bizim komissiyanın müzakirələrinin nəticəsindən sonra bilinəcək ki, hansı formada, hansı qaydada həll olunacaq. Ona görə qəti belə bir fikir söyləmək hələ çətindir. Çünki dövlət komissiyası işləyir. Bu görüşlərdən sonra yəqin ki, nəticələr aydın olacaq. Ancaq dörd kənd, hansı ki, anklav deyil, təbii ki, bizə qaytarılmalıdır və gec-tez orada yaşayan ermənilər köçüb getməlidir. Onlar bunu dərk edirlər. Başa düşürlər ki, bu məsələ gec-tez həllini tapmalıdır. Ona görə də yavaş-yavaş oradan köçürlər. Bunlar hamısı bu görüşlərin nəticəsindən asılı olacaq. Burada müxtəlif sahələri təmsil edən mütəxəssislər var. Bunlar baxacaqlar, işləyəcəklər və nəticə yəqin ki, məlum olacaq", - deyə polkovnik qeyd etdi.

Həmidə İBRAHİMLİ