Azərbaycan Avropa Parlamentinə dəvət yollamayıb - RƏSMİ

 14:49 16.01.2024     180

Avropa Parlamenti Azərbaycana seçki ilə əlaqədar müşahidəçi göndərməyəcəyini açıqlayıb. "Biz seçki prosesini izləməyəcəyik və müvafiq olaraq nə prosesin özü, nə də nəticələr barədə şərh verəcəyik", - açıqlamada bildirilir.

Redaktor.az modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə məsələni aydınlaşdırıb.

"Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Parlamentinə növbədənkənar seçkilərdə müşahidəçilik üçün dəvət yollamayıb",- o deyib.