“Azərbaycan sülh müqaviləsini Rusiyada imzalamağa hazırdır” - VİDEO

 13:58 18.01.2024     185

“Azərbaycan Ermənistanla sülh müqaviləsini Rusiya ərazisində imzalamağa hazırdır”.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“İrəvanın buna nə dərəcədə hazır olduğu məlum deyil”, - o əlavə edib.

"Üçtərəfli bəyanat Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanıb. Orada Fransa prezidenti Emmanel Makronun imzası yoxdur".

O, 2022-ci ilin oktyabrında Makronun iştirakı ilə Praqada keçirilən sammitdə Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birilərinin ərazi bütövlüyünü tanıdığını və 1991-ci ilin Almatı Bəyannaməsinə istinad olunan sənədi imzaladıqlarını xatırladıb. Qeyd edib ki, həmin bəyannaməyə istinad olunan sənədin imzalanması o anlama gəlir ki, Ermənistan Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyıb.