“Ermənistan həmin yolda Rusiya sərhədçilərinin yerləşdirilməsini istəmir”
“Ermənistan Azərbaycandan Naxçıvana gedən yolda Rusiya sərhədçilərinin yerləşdirilməsini istəmir”.
Redaktor.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Düşünürəm ki, 2020-2022-ci illərdə imzalanan üçtərəfli bəyanatların qiymətləndirilməsinin vacibliyindən utanmaq lazım deyil. Ermənistan üçün Syunik vilayətindən (Zəngəzur - red.) keçməklə marşrutun açılması kimi belə bir praktik, sərfəli şeyin hələ də kağız üzərində qalması çox kədərlidir”, - deyə Lavrov qeyd edib.
Onun sözlərinə görə, bunun səbəbi İrəvanın mövqeyi ilə bağlıdır və kimsə bu barədə ona məsləhətlər verir: “Biz gördük ki, Avropa İttifaqı, Fransa, Almaniya, ABŞ Rusiya-Ermənistan-Azərbaycan prosesinin, eləcə də kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin hazırlanmasının nəticələr verdiyini başa düşən kimi dəvətsiz olaraq bu prosesə daxil olmağa başladılar”.