"Ermənistan hakimiyyətinin bütün strategiyası və siyasəti ictimaiyyəti çaşdırır"

 15:34 18.01.2024     260

Danışıqlar zamanı Ermənistanın indiki hakimiyyətinin bütün strategiyası və siyasəti ölkə ictimaiyyətini çaşdırır.

Redaktor.az verelq.am-a istinadən xəbər verir ki, bunu bu gün “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının üzvü Qeqam Manukyan deyib.

Onun sözlərinə görə, hakimiyyət heç bir təhlükəsizlik şəbəkəsi yaratmadan ardıcıl olaraq hər gün eyni “sülh” sözünü təkrarlayır. Manukyan qeyd edib ki, müxalifət bu gün danışıqlar masasında olan materiallarla - Ermənistan və Azərbaycan tərəflərinin təklifləri ilə tanış ola bilib və işin real vəziyyəti göz qabağındadır. O, hakimiyyətin sülhün erkən imzalanmasının mümkünlüyü və əslində danışıqlar masasında olanlarla bağlı verdiyi bəyanatların iki fərqli reallıq olduğunu vurğulayıb.

“Bir şey göz qabağındadır - tərəflərin mövqeləri diametral şəkildə ziddiyyət təşkil edir. Bu gün ən mühüm məsələlərlə bağlı razılıq əldə olunmayıb. Ayın sonunda delimitasiya komissiyalarının iclası olacaq və anklav məsələləri müzakirə olunacaq”, - deyə o bildirib.

NƏRGİZ