Toyvo Klar Paşinyanın müavini ilə Azərbaycanla sülh prosesini müzakirə etdi

 22:46 18.01.2024     211

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan baş nazirinin müavini Mher Qriqoryanla regional prosesləri müzakirə edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyasının hüquqi əsasları ilə bağlı müzakirə aparıblar.

Həmçinin Ermənistanın “Sülh kəsişməsi” layihəsi, regionda nəqliyyat və kommunikasıyaların bərpası ətrafında da fikir mübadiləsi aparılıb.