ABŞ səfirliyi çağırış etdi

 12:23 19.01.2024     139

ABŞ-nin Azərbaycandakı səfirliyi digər beynəlxalq missiyalara çağırış edib.

Redaktor.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"Biz bu il yeni və kreativ yaşıl siyasəti həyata keçirmək üçün Azərbaycandakı digər beynəlxalq missiyalara dostcasına çağırış edirik. Biz birlikdə ətraf mühiti yaxşılaşdırmağı səbirsizliklə gözləyirik!",- məlumatda qeyd edilib.

Qeyd edək ki, Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Eyni zamanda Bakı bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edəcək.