"Sülh prosesinin iflasa uğramasının cavabdehi Paşinyandır" - Qriqoryan

 15:36 19.01.2024     181

“İstər Azərbaycanla, istərsə də Türkiyə ilə bütün kommunikasiyaların tamamilə açılması və Ermənistan üçün hakimiyyətin tövsiyyə etdiyi böyük iqtisadi fayda mövcud deyil”.

Redaktor.az verelq.am-a istinadən xəbər verir ki, bu barədə “Ermənistan” müxalifət blokundan olan Milli Məclisin deputatı Anna Qriqoryan deyib.

Deputat vurğulayıb ki, 44 günlük müharibədə məğlubiyyətdən sonra danışıqlar zamanı köklü yeni situasiya yaranıb və bu gün bu prosesdə baş verənlərin hamısı Baş nazir Paşinyanın fəaliyyətinin nəticəsidir, başqa heç kimin. Danışıqlardakı müəyyən çətinliklərə görə məsuliyyəti və ya tələbləri keçmiş hakimiyyət orqanlarına həvalə etmək cəhdləri nəticə verməyəcək.

NƏRGİZ