Azərbaycandan Rusiyaya gətirilən toyuq yumurtasının sayı 3 milyona çatdı

 19:38 19.01.2024     246

Azərbaycandan Rusiyaya daha iki partiya 612 min ədəd ərzaq yumurtası idxal edilib. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu ölkədən Rusiya Federasiyasına 3 milyon ədəd yumurta daxil olub.

Yanvarın 19-da Rusiyaya sonrakı satış üçün Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan 36 ton (612 min ədəd) həcmində daha iki partiya ərzaq yumurtası idxal edilib.

Yusif EYVAZLI